image-1backend

“Trabzonu kəşf et, şəfanı hiss et!” tur proqramına START VERİLDİ

image-ads-728x90

AzHealth Digital Medical Tourism şirkəti unikal bir tur proqrama start verib. Bu proqram çərçivəsində həm Türkiyənin Trabzon şəhərini gəzərək kəşf edə, həm də öz sağlamlığınızın qeydinə qala bilərsiniz.

image-1

“Trabzonu kəşf et, şəfanı hiss et!” şüarı ilə 04–07 iyun 2026-cı il tarixlərini əhatə edən 3 gecə / 4 günlük sağlamlıq turu proqramı Azərbaycandan kənara ilk edilən sağlamlıq turudur. Tur çərçivəsində iştirakçılar həm istirahət, həm də tibbi müayinələrdən yararlanmaq imkanı əldə edəcəklər.

Proqram çərçivəsində tibbi tərəfdaş  İmperial Trabzon Xəstəxanasıdır.

Bu tur çərçivəsində uçuşlar AZAL tərəfindən Bakı–Trabzon marşrutu üzrə həyata keçiriləcək. Qonaqların yerləşməsi isə Türkiyənin ən yaxşı otellərindən biri olan İnanlar Hotel tərəfindən təmin olunacaq.

Layihənin rəqəmsal tibbi turizm və koordinasiya tərəfdaşı AzHealth Digital Medical Tourism şirkətidir.

Turun qiyməti 849 ABŞ dolları təşkil edir. Bu məbləğ 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

Qiymətə aviabilet, hava limanı–hotel–klinika transferləri, 3 gecə hotel yerləşməsi (səhər yeməyi daxil), tam tibbi check-up proqramı, panoramik şəhər turu və son gün təşkil olunan xüsusi qala yeməyi daxildir.

Sağlamlıq turu çərçivəsində iştirakçılar üçün kişi və qadınlara uyğun ayrı-ayrı check-up paketləri hazırlanıb.

Paketlərə müxtəlif ixtisaslar üzrə həkim konsultasiyaları, radioloji müayinələr və geniş laborator analizlər daxildir. Kişilər üçün paketdə uroloji müayinələr və PSA testi kimi spesifik analizlər yer aldığı halda, qadınlar üçün paketdə mammoqrafiya, qadın-doğum konsultasiyası və smear testi kimi müayinələr nəzərdə tutulub. Bununla belə, hər iki paket üzrə tur qiyməti dəyişmir.

Tur proqramına əsasən, birinci gün iştirakçıların Trabzona gəlişi, hotelə yerləşmə və ilkin həkim konsultasiyası həyata keçiriləcək.

İkinci gün əsas check-up müayinələri aparılacaq və günün sonunda iştirakçılar üçün xüsusi qala yeməyi təşkil olunacaq.

Üçüncü gün sərbəst vaxt kimi nəzərdə tutulub və turistlər şəhəri gəzə bilərlər.

Dördüncü gün isə yekun rəy təqdim edilərək iştirakçıların Bakıya dönüşü təmin olunacaq.

Qeyd olunur ki, tibbi müayinələrin ardıcıllığı qəbul edən tibb müəssisəsinin iş qrafikinə uyğun dəyişə bilər. Əlavə tibbi xidmətlər və fərdi istəklər isə ayrıca ödəniş əsasında həyata keçirilir. Bu proqram iştirakçılara həm sağlamlıq xidmətlərindən yararlanmaq, həm də Trabzonun turistik imkanlarını kəşf etmək imkanı yaradır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki