image-defaultbackend

Tramp: “Bayden dövründə ABŞ bütün dünyada biabır oldu”

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı nümayəndələri ilə keçirilən sammitdə çıxışı zamanı bildirib ki, Co Bayden administrasiyasının hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatları “dünya üçün biabırçılıq” halına düşüb. Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, əvvəlki rəhbərlik ölkənin beynəlxalq nüfuzunu qorumaqda aciz idi.

Tramp vurğulayıb ki, hazırda vəziyyət dəyişib və ABŞ yenidən dünya səhnəsində öz layiqli mövqeyini bərpa edib:
“Onlar bizə hörmət etmirdilər. Biz bir dəstə axmaq kimi görünürdük və prezidentimiz ayağa qalxa, danışa və ya təyyarənin nərdivanına qalxa bilmirdi. Bizi bütün dünyada biabır edirdilər”, – deyə o bildirib.

Dövlət başçısı həmçinin xatırladıb ki, noyabrın 18-də də Bayden dövründə ABŞ-ın “bütün dünyanın gülüş obyektinə” çevrildiyini demişdi. Tramp bu vəziyyətin ölkə üçün tamamilə qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, keçmiş prezident Co Bayden isə əksinə, məhz Trampın siyasətinin ABŞ-ın beynəlxalq reputasiyasına zərər vurduğunu hesab edir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki