ABŞ prezidenti Donald Trampın sərvəti iki ayda onun Tramp Media və Texnologiya Qrupunun səhmlərinin azalması səbəbindən 1,1 milyard dollar azalıb.
Korrekt.az xəbər veir ki, bu barədə Forbes jurnalı yazıb. Məlumata görə, bu ilin sentyabrında ABŞ prezidentinin sərvəti 7,3 milyard dollar olub.
Tramp , Forbes-ə görə Amerikanın 400 ən varlı adamı siyahısında 201-ci yeri tutub. Noyabrın 21-nə olan məlumata görə, onun sərvəti 6,2 milyard dollara qədər azalıb.





















