image-images-1backend

Tramp: “İrana hücum etmək qərarını özüm verdim” 

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp Ağ Evdə  Almaniya kansleri Fridrix Merts ilə görüşündə İrana hücum qərarının İsrailin müdaxiləsi olmadan özünün qərarı olduğunu bildirib.
Korrektə.az xəbər verir ki, o, “İsrail məni İrana hücum etməyə məcbur etməyib. Biz öz qərarlarımızı Tehranla danışıqlara əsaslanaraq verdik” deyə vurğulayıb.

Trampın sözlərinə görə, İran rejiminin artıq hava hücumundan müdafiə və müşahidə sistemləri yoxdur, ona görə də ölkə ciddi itkilərə hazırlaşmalıdır. Prezident həmçinin İran vətəndaşlarını etiraz aksiyaları keçirməmək barədə xəbərdar edərək qeyd edib: “Bu, təhlükəlidir; çoxlu bomba düşür”.

Tramp eləcə də  İspaniyanın İrana hücumlar üçün bazalarını təmin etməkdən imtina etməsinə münasibət bildirib və müdafiə xərclərini artırmaqdan imtina etməsi fonunda “Madridlə ticarətin tamamilə dayandırıldığını” elan edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki