Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə çıxışında bildirib ki, ABŞ-nin İrana hücumundan sonra İraq “tamamilə fərqli bir ölkəyə” çevrilib. Trampın sözlərinə görə, ABŞ əməliyyatı nəticəsində İslam Respublikasının nüvə potensialı məhv edilib və bunun təsiri Bağdadda da hiss olunub.
Tramp əlavə edib ki, Bağdadın Vaşinqtonla münasibətləri bundan sonra “daha sıx və dostcasına” xarakter alıb. ABŞ prezidenti İraqın əvvəlki dövrlərdə Tehran təzyiqi altında olduğunu, lakin ABŞ əməliyyatından sonra ölkənin siyasi və təhlükəsizlik sahəsində davranışının dəyişdiyini qeyd edib.
O vurğulayıb ki, ABŞ-ın B-2 bombardmançı təyyarələrinin həyata keçirdiyi hücum hədəfləri “tamamilə məhv edib” və bunun nəticəsində İraq ABŞ-a qarşı münasibətində fərqlilik göstərib.
Tramp həmçinin bildirib ki, İraq Baş naziri onu və digər ölkə liderlərini Nobel Sülh Mükafatına namizəd göstərib.





















