image-1backend

Tramp: Kiyevə bundan sonra  hərbi yardım edilməyəcək

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Ağ Evin sözçüsü Caroline Levitt, ABŞ-ın Rusiya ilə razılaşdırılmalı olan bir sülh planını başa düşdüyünü bildirib. O, Donald Trampın qərarından sonra, Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsini maliyyələşdirməyi dayandırdığını açıqlayıb.

Levitt əlavə edib ki, Tramp və Vladimir Zelenski arasında görüş təşkil etmək üçün hazırda hər hansı bir plan yoxdur. Vaşinqton, Rusiyanın təklif olunan nizamlanma planını təsdiqləyəcəyini ümid edir. Tramp isə bu şərtləri müzakirə etməkdə “kifayət qədər çeviklik” nümayiş etdirir.

Ağ Evin sözçüsü həmçinin bildirib ki, Rusiya və Ukrayna ilə danışıqlar intensiv şəkildə davam edir və bu proses gələcəkdə də davam edəcək.

Levitt, Trampın Rusiya-Ukrayna müharibəsinin sona çatması ehtimalına nikbin baxdığını vurğulayıb. O, qeyd edib ki, sülh planında hələ də üzərində iş gedən “bir neçə məqam” qalıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki