image-1backend

Tramp siyasi rəqiblərini “xain” adlandırdı

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp 6 Demokrat konqresmenini ABŞ ordusunu onun əmrlərinə əməl etməməyə çağırdıqları iddiasına görə “xain” adlandırıb. Korrekt.az xəbər verir ki, Tramp bu fikirləri sosial şəbəkədəki paylaşımında səsləndirib.

“Əsgərləri mənim əmrlərimə tabe olmamağa çağıran xainlər dərhal həbs olunmalıdır. Bu, ən yüksək səviyyədə üsyana təhrikdir”, — deyə prezident yazıb.

Ağ Ev rəsmiləri bildiriblər ki, belə çağırışlar ciddi cinayət tərkibi daşıya bilər və müxtəlif hüquq ekspertləri də bu yanaşmanı bölüşür. Məlumata görə, Trampın əmrlərinə məhəl qoymamağa səslədikləri iddia olunan Demokrat konqresmenlərin bir qismi keçmiş hərbçilər və ya kəşfiyyat əməkdaşlarıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki