image-1backend

Tramp və Zelenski mühüm sülh danışıqlarına hazırlaşır  

image-ads-728x90

Prezidentlər Donald Tramp və Vladimir Zelenski bu həftə Vaşinqtonda görüşərək, Ukrayna ilə bağlı 19 bəndlik sülh planının yekun detallarını müzakirə edə bilərlər. Korrekt.az xəbər verir ki,  bu barədə The Telegraph xəbər yayıb.

Cenevrədə keçirilən danışıqlar zamanı ABŞ və Ukrayna nümayəndələri müharibəyə son qoymaq məqsədilə yeni bir sülh planı üzərində razılığa gəliblər. Lakin siyasi baxımdan ən həssas məsələlər, o cümlədən ərazi mübadiləsi və yeni təhlükəsizlik münasibətləri barədə qərarları ABŞ və Ukrayna prezidentləri birbaşa görüşlərində həll edəcəklər.

The Telegraph-a görə, bu görüşlər bu həftə başlayacaq, və Zelenskinin Vaşinqtona səfəri də gözlənilir. Əsas mübahisəli məsələlərdən biri ABŞ, NATO və Rusiya arasında ərazi mübadiləsi və təhlükəsizlik məsələləridir.

Başlangıcda Ukraynanın əhəmiyyətli ərazilərdən imtina etməsi tələb olunan 28 bəndlik bir sülh planı mövcud idi. Lakin, Tramp və Zelenski bu məsələni hələlik “mötərizəyə” alaraq, sonrakı danışıqlarda razılaşdırmağa qərar veriblər.

Bundan əvvəl, ABŞ prezidenti Donald Trampın, Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir. The Telegraph yazır ki, bazar ertəsi Kreml, ABŞ-Rusiya planına Avropanın təklifini rədd edib.

Avropalı mənbələrin verdiyi məlumata görə, sülh planı üzərində hələ çox iş görülməlidir. Rusiyanın razılığa gəlmədiyi nəzərə alınaraq ehtiyatlı olmaq lazım olduğunu bildirirlər.

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron, Cenevrədə “İstəyənlər Koalisiyası”nın iclasını çağırıblar, lakin onların köməkçilərinin yekun planı hələ görmədiyi bildirilir. The Telegraph-a görə, Aİ liderləri, bazar ertəsi sammitini keçirərək, Ukraynaya dondurulmuş Rusiya aktivlərindən 140 milyard avro təmin etmək barədə razılığa gəliblər. Diplomatik mənbələr, bu addımın sülh danışıqlarının dərhal atəşkəsə gətirib çıxaracağına olan inamın aşağı olmasından qaynaqlandığını qeyd edirlər.

Ağ Ev isə, hazırda ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında bu həftə görüşün planlaşdırılmadığını bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki