ABŞ prezidenti Donald Tramp bildirib ki, xüsusi elçisi Stiv Vitkoffu Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya göndərib. Bu barədə dövlət başçısı Truth Social platformasında paylaşım edib.
Korrekt.az xəbər verir ki, Trampın sözlərinə görə, bu addım Rusiya–Ukrayna münaqişəsinə dair sülh planının yekunlaşdırılması məqsədi daşıyır:
“Sülh planının yekunlaşdırılacağına ümid edərək, xüsusi elçim Stiv Vitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırmışam. Eyni zamanda, ABŞ Ordusunun katibi Den Driskoll ukraynalılarla görüşəcək,” – Tramp bildirib.
O əlavə edib ki, danışıqlarla bağlı bütün məlumatlar ona vitse-prezident C.D. Vance, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegseth və Ağ Evin aparat rəhbəri Syuzi Uayls ilə birlikdə təqdim olunacaq.





















