image-b272f3c1bf54c64332595a6213287d83backend

Tramp yeni Ali Dini lideri HƏDƏLƏDİ:”Onun hakimiyyətdə qalması…”

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp “The Times of Israel” qəzetinə verdiyi müsahibədə Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsi ilə bağlı “görəcəyik nə olacaq” ifadəsi ilə şərh verib.

Korrekt.az xəbər verir ki, bir neçə saat əvvəl Tramp ABC News-a verdiyi açıqlamada İranın növbəti liderinin Vaşinqtonun təsdiqini almadığı təqdirdə “uzun müddət hakimiyyətdə qalmayacağını” bildirmişdi.

Tramp deyib: “İnsanların beş il ərzində eyni şeyi təkrar etmələrini və ya daha pisi, nüvə silahına sahib olmalarını istəmirəm”.

Martın 8-də İranın Ekspertlər Şurası ABŞ-İsrail əməliyyatında öldürülən keçmiş Ali Rəhbər Əli Xameneinin oğlu Müctəba Xameneini Ali Rəhbər təyin etmək qərarına gəlib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki