image-69a79f0620302736315f4607backend

Tramp Zelenskini 19-cu əsrin məşhur şoumeni ilə müqayisə edib

image-ads-728x90

LABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini 19-cu əsrin məşhur şoumeni və sirk pioneri P. T. Barnum ilə müqayisə edib.

Korrekt.az xəbər verir ki, Tramp bu fikirləri çərşənbə axşamı sosial şəbəkə platforması olan Truth Social hesabında paylaşıb. O, paylaşımında ABŞ-ın sursat ehtiyatlarının “heç vaxt bu qədər yüksək və ya daha yaxşı olmadığını” bildirib və ölkənin uzunmüddətli müharibəyə davam gətirmək imkanlarının sual altına alınmasına münasibət bildirib.

ABŞ prezidenti paylaşımında keçmiş prezident Joe Bideni Ukraynaya qeyd-şərtsiz hərbi yardım göstərməkdə tənqid edib. Tramp iddia edib ki, Bayden administrasiyası “yüz milyardlarla dollar” vəsaiti Ukraynaya ayırıb və bunun əvəzinin təmin olunmasına kifayət qədər diqqət yetirməyib.
Tramp daha əvvəl də Zelenskini “Yer üzünün ən böyük satıcısı” adlandıraraq, onun Qərb ölkələrindən dəstək alma bacarığını tənqid etmişdi.

Qeyd edək ki, P.T. Barnum 19-cu əsrdə ABŞ-da sirk və əyləncə sənayesinin tanınmış simalarından biri olub. O, geniş reklam kampaniyaları və sensasion təqdimat üsulları ilə məşhurlaşıb.

Rusiya tərəfi isə Zelenskini və komandasını Qərb mediasında dezinformasiya yaymaqda və ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarına mane olmaqda ittiham edib. Kyiv isə bu ittihamları rədd edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki