Dünən ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında etdiyi paylaşımda ABŞ ordusunun “100 faiz əməliyyat vəziyyətində” olduğunu bildirib və İranın hərbi qüvvələrinin “tamamilə məhv edildiyini” açıqlayıb.
Korrekt.az xəbər verir ki, Tramp paylaşımında ABŞ-nin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və raket hücumundan müdafiə sistemlərinə aid görüntüləri yayımlayaraq onların tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini qeyd edib. O, eyni zamanda İranın hərbi dəniz, hava və hava hücumundan müdafiə qüvvələrinə aid olan görüntüləri də paylaşaraq, bu qüvvələrin “100 faiz məhv edildiyini” göstərib. Təsvirdə İranın keçmiş ali rəhbəri Əli Xameneyinin şəkli də yer alıb və onun fotosu “ölü” etiketi ilə təqdim edilib.





















