Korrekt.az xəbər verir ki, dünən axşam Floridada İsrail Baş naziri Binyamin Netanyahunu qarşılayarkən, ABŞ prezidenti Donald Tramp jurnalistlərin İran İslam Respublikası raket, ballistik və nüvə proqramlarını davam etdirərsə, İsrailin hücumunu dəstəkləyib-dəstəkləməməsi ilə bağlı suallarını cavablandıraraq deyib: “Əgər onlar bu proqramı davam etdirsələr, bəli. Nüvə silahı üçün isə daha sürətli hücum edəcəyik”.
O, bu proqramların davam edəcəyi halda İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləyəcəyini vurğulayıb.





















