image-1backend

Trampın İspaniya planının detalları məlum oldu – NATO-dan çıxarmağı düşünürlər

image-ads-728x90

ABŞ Müdafiə Nazirliyi hökumətə İrana qarşı müharibədə Vaşinqtonun əməliyyatlarını dəstəkləməyən NATO müttəfiqlərini cəzalandırmaq üçün variantlar, o cümlədən İspaniyanın NATO-dan çıxarılması barədə elektron poçt göndərib.

Bu barədə “Reuters” xəbər agentliyinə danışan adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Rəsmi bildirib ki, elektron poçtda NATO müttəfiqlərinin ABŞ-yə İranla müharibə üçün bazalarına və uçuş hüquqlarına giriş vermək istəməməsindən məyusluq ifadə olunub.

İspaniyanın Baş naziri Pedro Sançez də bu məsələyə fikir bildirib.

O yalnız ölkənin rəsmi mövqeyini nəzər aldıqlarını deyib:”Biz e-poçtlara əsaslanaraq işləmirik. Biz rəsmi sənədlərə və hökumət mövqelərinə, bu halda ABŞ-ın mövqelərinə əsaslanaraq işləyirik.”

Rəsmi şəxs bildirib ki, e-poçtda həmçinin Böyük Britaniyanın Folklend adalarına iddiası ilə bağlı ABŞ-nin mövqeyini nəzərdən keçirmək seçimi də var.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini İranın 28 fevralda başlatdığı müharibədən sonra bağladığı Hörmüz boğazının açılmasına kömək etmək üçün dəniz qüvvələrini göndərmədiklərinə görə sərt tənqid etmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki