ABŞ prezidenti Donald Trampın ətrafında xarici siyasətə təsir göstərmək uğrunda kəskin rəqabət gedir.
Korrekt.az xəbər verir ki, “Bild”in məlumatına görə, əsas qarşıdurma vitse-prezident C.D. Vance və dövlət katibi Marko Rubio arasında yaşanır. Onların mübarizəsi yalnız xarici siyasətin formalaşdırılması ilə məhdudlaşmır, həm də gələcək prezident seçkilərində Trampın mümkün siyasi varisinin kim olacağı məsələsinə qədər uzanır.
Xəbərə görə, Vance dərhal Vaşinqtonun Ukrayna siyasətini dəstəkləyib. Rubio isə əvvəlcə proseslərdən kənarda qalsa da, hazırda Cenevrədə ukraynalı və avropalı rəsmilərlə danışıqlarda fəal iştirak edir. Avropa İttifaqı rəsmiləri Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan Rubiyoya daha yaxın görünürlər.
ABŞ mənbələri iddia edir ki, Vance-in əsas hədəfi Trampın siyasi varisi olmaqdır.





















