ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp Tramp brendi ilə araq istehsal ediləcəyini açıqlayıb. O, həmçinin bildirib ki, ilkin sifarişlər qəbul edilir. Korrekt.az xəbər verir ki, bu barədə prezident Trampın oğlu sosial şəbəkədəki səhifəsində yazıb. Erik yazıb: “Trump-vodkanın ilkin sifarişlər üçün mövcud olduğunu elan etməkdən məmnunam”.
O əlavə edib ki, sifarişlər ayrıca internet saytı vasitəsilə də verilə bilər. Trampın adını daşıyan bir şüşə arağın qiyməti 47,45 dollardır. Bir şüşənin həcmi 0,75 litrdir. Qeyd edək ki, qiymətin simvolik mənası var. Tramp ABŞ-ın 47-ci prezidentidir. İlk səlahiyyət müddətində o, 45-ci prezident olub. Qeyd edək ki, Donald Tramp artıq 2005-11-ci illərdə öz adı ilə araq istehsal edib. O zaman istehsal əvvəlcə Hollandiyada, sonra Almaniyada həyata keçirilirdi.





















