image-1backend

Türkiyə futbolunda şok qalmaqal: Hakimlər 1 milyon manat mərc oyunlarına pul qoyub

image-ads-728x90

Türkiyə Maliyyə Cinayətlərinin İstintaq Şurası (MASAK) tərəfindən hazırlanmış təhlil hesabatında ayrı-ayrı hakimlərin mərc əməliyyatları üzə çıxıb. Korrekt.az xəbər verir ki, hesabata görə, 147 hakim ümumilikdə 21,7 milyon TL( 873 000 AZN) məbləğində pul köçürüb və altı mərc şirkəti vasitəsilə 18 278 əməliyyat həyata keçirib.

İstanbul Baş Respublika Prokurorluğu mərc istintaqının təfərrüatlarını açıqlayıb. Baş prokuror Akın Gürlek bildirib ki, MASAK-ın təhlil hesabatı inzibati istintaqdan ayrı aparılır və şahid ifadələri, idman şərhçilərinin və hakimlərin iddiaları da araşdırılır. Gürlek həmçinin qeyd edib ki, keçmişdə oynanılan matçlarla bağlı da iddialar mövcuddur.

Prokurorluq, qeyri-qanuni mərc oyunları ilə bağlı klub prezidentləri, menecerlər və keçmiş hakimlərə qarşı əməliyyatlar apara biləcəyini bildirib. MASAK-ın hesabatında 147 hakimə aid bəzi mərc saytlarında pul daxil-çıxışlarının aşkar olunduğu vurğulanıb.

Saxlanılan hakimlər arasında diqqət çəkən Erkan Arslan olub. Onun 6380 dəfə mərc oynadığı və ümumi əməliyyat məbləğinin 10,5 milyon TL (422,250 AZN)olduğu müəyyən edilib.

Prokurorluq, oyunçular və menecerlərin də mərc oyunlarında iştirak etməsi barədə güclü şübhələrin olduğunu açıqlayıb. Hadisənin araşdırılması davam edir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki