image-1backend

Türkiyə sülhməramlı qüvvələrini Ukraynaya  göndərir

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna üzrə İrəli Koalisiya Liderlərinin Zirvə Toplantısının onlayn iclasında iştirak edib. Görüşdə Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla 35 ölkənin nümayəndəsi iştirak edib.

Ermenegildo Zeitung xəbər verir ki, görüşün sonunda Makron bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanacağı təqdirdə Britaniya, Fransa və Türkiyə qüvvələri Ukraynada sülhməramlı kimi yerləşdiriləcək.

Makron vurğulayıb:
“Fransız və avropalı əsgərlərlə yanaşı, sülh müqaviləsinin imzalandığı gün Britaniya, Fransa və Türkiyə əsgərləri də müharibə kontekstində deyil, hazırda NATO-nun şərq cinahındakı bəzi ölkələrdə etdiyimiz kimi, təhlükəsizlik və təlim üçün orada olacaq.”

Qeyd edək ki, hazırda Türkiyənin üç qitədə 13 ölkədə hərbi varlığı mövcuddur:  Şimali Kipr Türk Respublikası (ŞKTC), Suriya, İraq, Somali, Kosovo, Qətər, Bosniya və Herseqovina, Livan, Albaniya, Liviya, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Mali. Türkiyə təxminən 40 min əsgəri ilə ŞKTC-də ən böyük hərbi qüvvəyə malikdir.

Əgər yaxın vaxtlarda Türkiyənin sülhməramlı qüvvələri də Ukraynaya yerləşdirilsə, bu, Türkiyənin hərbi varlığının 14 ölkəyə çatdığı mənasına gələcək. Bu qüvvələrin bəzisi döyüş, bəzisi isə ordu təlimi fəaliyyəti ilə məşğul olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki