image-1backend

Türkiyədə daha 7 məşhur həbs edildi: Oğuzhan Uğur etiraf etdi…

image-ads-728x90

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “Ahbap” Dərnəyi adına toplanan ianələrin qanunsuz şəkildə şübhəlilərin hesablarına köçürüldüyü iddiaları ilə bağlı əməliyyat keçirilib. İstintaq çərçivəsində  məşhur aparıcı Oğuzhan Uğur da daxil olmaqla 7 nəfər saxlanılıb.

Korrekt.az xəbər verir ki, saxlanılanlar arasında Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyin Küçük və Fatih Eke yer alır. Onların arasında “Ahbap” Dərnəyinin əməkdaşları, maliyyə auditorları və kriptovalyuta sektorunda fəaliyyət göstərən bir nəfərin olduğu bildirilir.

Bildirilib ki, saxlanılan şəxslər ifadələrinin alınması üçün polis idarəsinə aparılıb və onların iyulun 20-də məhkəməyə çıxarılması gözlənilir.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin İstanbul Baş Prokurorluğu ilə birgə keçirdiyi əməliyyat “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “külli miqdarda dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib.

İstintaq materiallarına əsasən, MASAK-ın hazırladığı hesabatlar, bank hesabları üzrə maliyyə əməliyyatlarının təhlili, eləcə də texniki və fiziki müşahidələrin nəticələri şübhəlilərin gəlirləri ilə uyğun gəlməyən yüksək məbləğli pul köçürmələri həyata keçirdiyini göstərib. Həmçinin onların öz aralarında iri həcmdə vəsait köçürdüyü, onlayn mərc və qumar hesablarına böyük məbləğlər yatırdığı, qısa müddətdə çoxsaylı əmlak alqı-satqısı əməliyyatları apardığı iddia olunur.

Xatırladaq ki, istintaq çərçivəsində iyulun 12-də keçirilən ilk əməliyyatda “Ahbap” Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlar zamanı daha 9 nəfər barəsində həbs qərarı verilmişdi.

İstintaqın davamı olaraq İstanbul, İzmir, Kocaeli və Muğla vilayətlərində keçirilən növbəti əməliyyatlarda daha 17 şübhəli saxlanılıb. Məhkəməyə çıxarılan 12 nəfərdən 4-ü barəsində həbs qətimkan tədbiri seçilib, 8 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

İstintaq çərçivəsində “Ahbap” Dərnəyinin və bəzi şübhəlilərin aktivlərinin üzərinə də həbs qoyulduğu bildirilir.

Qeyd olunur ki, istintaq davam edir və ittihamlar məhkəmə tərəfindən hüquqi qiymətini almayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki