image-timthumbbackend

“Türkiyədə güclü zəlzələ ola bilər” – seysmoloq

image-ads-728x90

İstanbulun Arel Universitetində tanınmış yapon seysmoloqu Yoşinori Moriwakinin iştirakı ilə “Zəlzələ Həftəsi: Risk Etməyin, Qarşısını Alın” adlı müzakirə keçirilib. Korrekt.az xəbər verir ki, o, Türkiyənin seysmik zonada yerləşdiyini qeyd edərək onu Yaponiya ilə müqayisə edib.

Seysmoloq qeyd edib ki, “Türkiyədə Yaponiyadan daha yüksək zəlzələ riski var”.

Mərmərə bölgəsinə toxunan o, Bandırma, Balıkesir və Dəmirköprü xətti boyunca uzun müddətdir ki, əhəmiyyətli bir aktivliyin olmadığını və bunun risklərin toplandığını göstərdiyini qeyd etdi.

O, ötən il Balıkesirdə baş verən təkanların qırılma hərəkəti deyil, maqma səbəbindən baş verdiyini qeyd etdi və əlavə etdi ki, Mərmərə dənizindəki qırılma xətləri boyunca yüksək intensivlikli zəlzələlər gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki