Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib ki, Rusiya 2025-ci ilin sonuna qədər Pokrovski işğal etməyə nail olmayacaq. Korrekt.az xəbər verir ki, o, bunu LIGA.net-ə verdiyi müsahibəsində deyib.
Qnatovun sözlərinə görə, Rusiya ordusu Pokrovsk istiqamətində yeni hücumlar və manipulyasiyalar üçün hazırlıq görməkdə davam edir. Hazırda bu bölgədə 100 mindən çox Rusiya hərbçisinin cəmləşdiyi bildirilir. O qeyd edib ki, ruslar Pokrovsk üzərində nəzarəti ələ keçirmək cəhdlərindən əl çəkməyəcək.
“Bu cəhdlər bir ildən artıqdır davam edir və ruslar şəhərin ələ keçirilməsi üçün nəzərdə tutulan vaxt qrafiklərini ardıcıl olaraq gecikdirirlər. Bu müddətlər yenə də təxirə salınacaq. Onlar bütün mövcud resursları həmin istiqamətə yönəldirlər. Vəziyyəti daha da çətinləşdirəcək addımların atılıb-atılmayacağını proqnozlaşdırmaq çətindir,” – Qnatov deyib.





















