Ukraynanın Qara dəniz limanlarına qarşı həyata keçirilən hücumlar ölkənin taxıl ixrac imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.
Korrekt.az xəbər verir ki, Reuters agentliyi ÜmumUkrayna Aqrar Şurasının məlumatlarına istinadən xəbər verir ki, Rusiyanın Qara dənizdə yerləşən Ukrayna limanlarına zərbələri nəticəsində Kiyevin taxıl ixracı potensialı təxminən üçdə bir qədər zəifləyib.
Məlumata görə, Ukraynanın taxıl yükləmə imkanları ayda 6 milyon metrik tondan təxminən 4 milyon tona qədər azalıb.
Agentlik qeyd edir ki, taxıl ixracı Ukrayna iqtisadiyyatı üçün əsas valyuta gəliri mənbələrindən biri olaraq qalır. Ölkənin taxıl tədarükünün təxminən 90 faizi Odessa vilayətində yerləşən üç əsas liman vasitəsilə həyata keçirilir.
Ekspertlərin fikrincə, dəniz ixrac infrastrukturuna qarşı hücumlar Ukraynanın kənd təsərrüfatı sektoruna və beynəlxalq bazarlara çıxış imkanlarına ciddi təsir göstərir.





















