Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dekabrın 29-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə Novqorod vilayətində yerləşən Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum edib.
Korrekt.az xəbər verir ki, Lavrovun sözlərinə görə, hücum zamanı hava hücumundan müdafiə sistemləri işə düşüb və pilotsuz təyyarələrin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb. Hadisə nəticəsində dağıntı və ya itkilər barədə hələlik rəsmi məlumat verilməyib.
Rusiya XİN rəhbəri bu hücumu “təxribat xarakterli addım” kimi qiymətləndirərək, Kiyevin münaqişəni daha da gərginləşdirməyə çalışdığını iddia edib.
Onun sözlərinə görə, Moskva baş verənlərlə bağlı beynəlxalq tərəfdaşlarını məlumatlandıracaq və müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.





















