image-images-1backend

Ukraynada nə baş verir? Müharibəni idarə edən adam istefa verdi…

image-ads-728x90

Ukrayna ordusu cəbhədə uğurlu əməliyyatlar keçirtdiyi bir vaxtda Ukraynanın müdafiə naziri Mixail Fyodorov vəzifəsindən istefa verdiyini açıqlayıb. Korrekt.az xəbər verir ki, o, sosial media hesabında fəaliyyətinə dair yekun hesabat paylaşaraq komandasına, hərbi qulluqçulara və beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Fyodorov müdafiə naziri kimi əsas nailiyyətlər sırasında dron tədarükünün əhəmiyyətli dərəcədə artırılmasını, Pilotsuz Sistem Qüvvələri üçün yeni proqramların işə salınmasını, Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilələrin imzalanmasını, Gripen döyüş təyyarələrinin alınmasını, həmçinin Ukraynanın ballistik raket proqramının inkişafını və beynəlxalq hərbi yardım çərçivəsində on milyardlarla dollar vəsaitin cəlb edilməsini qeyd edib.

Nazir bildirib ki, hökumətin istefa verdiyi gün – 14 iyul tarixində Ukraynanın yeni ballistik raketi uğurla sınaqdan keçirilib. Onun sözlərinə görə, layihə üzərində aparılan işlər nəticəsində raket kompleksinin texniki göstəriciləri təkmilləşdirilib, hədəfə dəqiqliyi əhəmiyyətli dərəcədə artırılıb və istehsal xərcləri təxminən 30 faiz azaldılıb.
Fyodorov yeni raket sisteminin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki