Ukraynalı qadınlar Böyük Britaniyadan çıxarıla bilər. Korrekt.az xəbər verir ki, Böyük Britaniyada ukraynalılar üçün köç proqramı yenilənib. Bundan sonra ukraynalıların qalma müddəti uzadılacaq.
Amma problem ciddidir. Böyük Britaniya Qadınlar Assosiasiyasının verdiyi açıqlamaya görə, Böyük Britaniya Ukraynadan olan ailələrin ölkəyə köçməsini nəzərdə tutan üçillik proqramı işə salınması ciddi problemə yol açacaq. Çünki bir çox britaniyalı kişilər ukraynalı tək və kiçik uşaqlı qadınları himayəyə götürməklə həm dövlətdən pul alır, həm də bu qadınlarla qeyri – qanuni yaşayırlar. Bunun nəticəsidir ki, 2024- cü, və 2025-ci illərdə boşanmaların sayı kəskin artıb.
Britaniya Qadınlar Assosiasiyasının verdiyi məlumata görə bir çox qadınlar britaniyalı kişilərlə yaşamağa üstünlük verir. Məhz bu səbəbdən qaçqın kimi ölkəyə gələn ukraynalı qadınlar ölkədən çıxarıla bilər.





















