image-1backend

VASİF TALIBOVLA QALMAQALLARDA ADI HALLANAN BİZNESMEN ADSEA-ya NECƏ YOL TAPDI? – Xəzər TV-nin süjeti və… + VİDEO

image-ads-728x90

Ölkədə Qudalar Agentliyi kimi tanınan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbəri Zaur Mikayılovun xüsusən də Naxçıvanda adı bir çox siyasi qalmaqallarda hallanmış türkiyəli biznesmen Emin Uçarla işbirliyi narazılıq yaradıb.

Korrekt.az xəbər verir ki, su-kanalzasiya xəttinin çəkilişini Emin Uçara həvalə edən ADSEA rəhbərliyinin özü indi iş adamına görə tənqid hədəfinə çevrilib.

Məlumata görə, tender şərtlərinn mühüm tərkib hissəsi olmasına baxmayaraq, gərəkli texnika və avadanlıqlara sahib olmayan Emin Uçarın şirkəti burada – Azərbaycanda ayrı-ayrı sahibkarlardan müxtəlif texnikaları baha qiymətə icrayə götürüb: “Bu günlərdə Xəzər TV-nin hazırladığı süjetdən görünür ki, indi Emin Uçar həmi sahibkarlardan götürüllmüş texnikaların icarə haqlarını da ödəməyib. (Bu barədə süjetlə aşağıdakı videodan tanış ola bilərsinz ) Maraqlıdır, icarə haqqını ödəməyən şirkət görəsən, su-kanalizasiya xətlərini mövcud standartlara uyğun çəkə bilibmi? Hər halda müvafiq qurumlar gec olmadan bunu və həmin şirkərin ADSEA-ya necə yol tapmasını mütləq araşdırmalıdır…”.

Yerii gəlmişkən, bir müddət əvvəl Azərbaycan mediasında türkiyəli biznesmen Emin Uçar Naxçıvana 27 il rəhbərlik etmiş Vasif Talıbov və oğlanları ilə əlqələri haqqında sensasiyalı xəbərlər yayılmışdı.

Həmin xəbərlərdə Uçarın Vasif Talıbov və ailəsi ilə ortaq biznesləri, tender layihələrindəki şərikliyi və sair əməllərindən söz açılmışdı. Onun hətta ölkəmizin adının beynəlxalq korrupsiyada hallanmasına rəvac verdiyi də müxtəlif faktlar üzrə sadalanmışdı.

Maraqlıdr, belə bir adamı ADESA-ya kim və necə calaşdırıb ki?

Bizə verilən məlumatda Uçarın ADESA-dakı qudalardan birinin Naxçıvan əsilli biznes şəriki vasitəsilə qurumla əməkdaşlığa cəlb edildiyi iddia olunur. Detalları dəqiqləşdiririk.

Araşdırmamız davam edəcək.

Yazıya tərəflərin hər birinin mövqeyini əlavə etməyə hazırıq!MİA.AZ



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki