image-87485284a2dc26f8b41be4529b50106d_3backend

Vətəndaşı maskada, müğənnini “Maybach”da qarşılayan icra başçısı (REPLİKA)

image-ads-728x90

Xalq artisti Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyəti başçısı və bir sıra vəzifəli şəxslər tərəfindən təmtəraqla qarşılanması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

image-228769045e0283b84cf8bf3ccf51ee34_01

Korrekt.az xəbər verir ki, icra başçısı Rafiq Quliyevin və digər rəsmi şəxslərin az qala boy sırasına düzülərək müğənninin gəlişini gözləməsi suallar doğurub. Daha sonra qara rəngli, lüks “Mercedes-Maybach” avtomobilindən düşən Röyanın idman geyimində olması da diqqət çəkib.

Qızışan müzakirələrə cavab olaraq günün sonunda İcra Hakimiyyətinin yaydığı açıqlamada Xalq artistinin xüsusi, məxsusi, özəl və gözəl qarşılanması belə izah olunub: “… İnsanın evinə qonaq gələndə onu qarşılayırlar… Burada pis nəsə yoxdur”.

Nə demək olar, Allah sizi də qorusun, qonağınızı da!

Amma aşağıda təqdim etdiyimiz bu şəkil də bir neçə gün əvvəl çəkilib. Görünür vətəndaşı maskada, müğənnini həyətdə – “Maybach”da qarşılamaq da adətdəndir. Ya da ənənədən…Qaynarinfo

image-228769045e0283b84cf8bf3ccf51ee34_2

https://t.me/c/1658825134/3536

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki