image-images-1backend

Xameneyi ölməyib iddiası: “X” hesabında diqqət çəkən paylaşım: Zülm və azğınlıq adası…

image-ads-728x90

Bir neçə gün öncə bombardman nəticəsində həlak olan İranın ali rəhbəri Əli Xameneyinin “X” sosial şəbəkəsindəki hesabında diqqət çəkən paylaşım edilib.

Korrekt.az xəbər verir ki, paylaşımda “zülm və azğınlıq adası” ifadəsi işlədilib və belə qeyd olunub:

“Onlar azğınlıq üçün bir ada yaradıblar. Bu, zarafatdırmı? Azğınlıq, əməllərdə fəsad, zülm, zor tətbiqi, məcburiyyət, müdaxilə və əllərinə keçən hər şeyi qapmağa çalışmaq.”
Mətndə simvolik vizual təsvir də yer alıb. Görüntüdə okean üzərində qovluq və sənədlərə bənzər formada ada təsvir edilib. Həmin adanın üzərində isə ABŞ qırıcı təyyarələrinin yerləşdirildiyi görünür.
Ekspertlər paylaşımın qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn və onunla bağlı aparılan araşdırmalarla əlaqəli ola biləcəyini ehtimal edir. Paylaşımın məşhur “Epşteyn adası” qalmaqalına eyham xarakteri daşıdığı bildirilir.

Digər tərəfdən, İran müxalifətinə yaxın bəzi teleqram kanalları ölkənin ali rəhbərinin vəziyyəti ilə bağlı iddialar səsləndirir. İranın “Pegan” adlı teleqram kanalı Əli Xameneyinin təhlükəsizlik səbəbilə gizlədildiyini iddia edir. Kanalın məlumatına görə, bu ssenarinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qurulduğu ehtimal olunur.
Rəsmi Tehran isə bu iddialarla bağlı hələlik açıqlama verməyib.

image-img_20260311_204844



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki