Xameneyinin dəfn mərasimində üzü örtülü şəkildə iştirak edən şəxsin kimliyi müəyyənləşib.
Korrekt.az xəbər verir ki, görüntülər yayıldıqda, əvvəlcə onun Müctəba Xameneyi olduğu iddia edilirdi.
Bildirilib ki, həmin şəxs Əli Xameneyinin nəvəsi, Mustafa Xameneyinin oğlu Məhəmməd Cavad Xameneyidir.
Məlumata görə, o, fevralın 28-də ali rəhbərin iqamətgahında baş verən partlayış nəticəsində üz nahiyəsindən xəsarət aldığı üçün mərasimə üzü örtülü qatılıb.





















