image-1backend

Xatəmi: “ İranda insanlara rəhbərin kim olması əhəmiyyətli deyil”   

image-ads-728x90

Korrekt.az xəbər verir ki, dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.

O, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu deyib.

İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən Xatəmi ölkəni “möhkəm ağaca” bənzədərək vurğulayıb: “Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılması riski var. Ümid edirəm ki, belə vəziyyət yaranmaz”.

Mövcud şəraitdə, Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və “xarici basqılara təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini” ən uğurlu yol adlandırıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki