Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdən imtina edir. Korrekt.az xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya ərini siyasətdən getməyə razı salıb. Bu barədə Politico məlumat yayıb. Nəşr qeyd edir ki, Elena Zelenskaya uzun müddətdir ki, ərini siyasi arenadan getməyə və artıq seçkilərdə iştirak etməməyə inandırmağa çalışıb və bunu bacarıb.
Bundan əlavə, Zelenskinin ətrafı qeyd edib ki, yaranmış korrupsiya qalmaqalı onun reputasiyasını məhv edib və onun daha siyasətdə qalmaq şansı yoxdur. Hazırda o, ən çoxu 25 faizlik reytinqə arxalana bilər. Xatırladaq ki, Zelenskinin səlahiyyət müddəti ötən il mayın 20-də başa çatıb, seçkilər isə martın 31-də keçirilməli idi.
Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkədə elan olunmuş hərbi vəziyyət nəzərə alınaraq seçkilər baş tutmayıb.





















