İrana bu gecə də İsrail Qüvvələri zərbə endirib. Korrekt.az xəbər verir ki, bu dəfə yeni seçilən Ali dini Liderin iqamətgahına, prezident sarayına və Tehrandakı İmam Əli Hərbi Akademiyasına güclü hava hücumları həyata keçirilib.
Yerli mənbələr partlayışların İran sərhədi yaxınlığında, İraqın Bəsrə əyalətində eşidildiyini bildirib.
İran mediasının məlumatına görə, daha əvvəl İsrail və ABŞ Tehranda yaşayış binalarına zərbələr endirib və partlayışlara səbəb olub.
Paralel olaraq, İran Küveyt və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regionun bir neçə ölkəsindəki Amerika hərbi bazalarına qarşı qisas almağa davam edir və İsrailə hava hücumları da həyata keçirir.
Tehran iddia edir ki, İran yaxın gələcəkdə daha qətiyyətli addımlar atacaq.





















