image-1backend

“Yeni Klinika”nın direktoru Zəhra Vəzirova kimdir? – DOSYE

image-ads-728x90

Xəbər verdiyimiz kimi, “Yeni Klinika”nın direktor vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Zəhra Şamil qızı Vəzirova təyin olunub.

Bakupost.az yeni direktorun dosyesini təqdim edir:

Zəhra Vəzirova 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1997–1998-ci illərdə M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Anesteziologiya və reanimasiya ixtisası üzrə internatura keçib.
1998–2001-ci illərdə həmin mərkəzdə aspirantura təhsili alıb.

2001–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya və İntensiv terapiya şöbəsində həkim-reanimatoloq vəzifəsində çalışıb. 2005–2012-ci illərdə isə həmin şöbənin müdiri olub.

2012-ci ildən Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Z. Vəzirova 1996-cı ildə Almaniyada intensiv terapiya üzrə kliniki kurs keçib. 1998-ci ildə təcili tibbi yardım üzrə təlim alıb. 2008-ci ildə Almaniyanın “Vivantes Humbold” xəstəxanasında Kardiologiya və İntensiv terapiya üzrə kliniki kurs keçib. 2013-cü ilin oktyabrında isə Fransada mexaniki ventilyasiya üzrə seminarda iştirak edib.
2006-cı ildən Azəri Toksikoloq Cəmiyyətinin Sədr müavinidir. 40-dan çox elmi məqalənin müəllifidir.
2012-ci ildən IACMAC-ın üzvüdür.

Zəhra Vəzirova hazırda İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki