image-1backend

Zelenski: “İrandakı müharibə III Dünya Müharibəsinə çevrilə bilər”

image-ads-728x90

Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyalı bloqçu Keylin Robertson-a verdiyi müsahibədə bildirib ki, Rusiya və İran arasında hərbi əməkdaşlıq ciddi təhlükə yaradır və hətta dünyanın hazır olmadığı Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər.

Korrekt.az xəbər verir ki, prezident vurğulayıb ki, Rusiya tammiqyaslı müharibənin əvvəlində İran tərəfindən təchiz edilmiş silahlardan, o cümlədən Şahed dronlarından fəal istifadə edib. Hazırda isə İran Yaxın Şərqdəki münaqişələrdə və ABŞ bazalarına qarşı hücumlarda oxşar texnologiyalardan yararlanır. Zelenski əlavə edib ki, Ukrayna kəşfiyyatı bu dronlarda Rusiya komponentlərini aşkar edib.

O bildirib ki, əgər münaqişə payıza qədər dayandırılmasa, bu uzunmüddətli müharibəyə çevrilə və qlobal nəticələr doğura bilər. “Bu, dünyanın üzləşdiyi ən böyük riskdir. Əgər Yaxın Şərqdəki müharibə dayandırılmasa, bu uzunmüddətli, hətta dünya müharibəsinə səbəb ola bilər,” – deyə o qeyd edib.

Zelenski həmçinin Rusiya ilə İranın birləşmə risklərinin dünya tərəfindən kifayət qədər qiymətləndirilmədiyini diqqətə çatdırıb: “Rusiya ilə olduğu kimi, 10.000 Şimali Koreya əsgəri artıq Rusiya ərazisindədir. Onlar hazırda oradadır, amma Ukraynaya da gələ bilərlər. İranla da eyni şey mümkündür. Dünya belə bir ittifaqa hazırdırmı? Dünya hazır deyil,” – deyə prezident söyləyib.

O, texniki baxımdan Avropanın, bir neçə ölkə istisna olmaqla, belə bir müharibəyə hazır olmadığını da vurğulayıb: “Almanlar sürətlidirlər, amma kifayət qədər sürətli deyillər. Şimali Avropa texnoloji baxımdan güclüdür. ABŞ ordusu çox güclüdür, amma müasir müharibə yalnız quru qüvvələrindən ibarət deyil; raketlər və dronlar da əsas rol oynayır,” – deyə Zelenski qeyd edib.

Müsahibədə həmçinin qeyd olunub ki, “Washington Post” qəzeti Rusiyanın Yaxın Şərqdə ABŞ qoşunlarına qarşı zərbələr üçün İrana hədəf məlumatları ötürdüyünü yazıb. ABŞ Prezidenti Donald Tramp isə Rusiya lideri Vladimir Putinin İranla müharibənin bitməsində köməkçi ola biləcəyini, lakin Ukraynada müharibəyə son qoymaqla daha çox yardım edə biləcəyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki