Məlum olduğu kimi, Azərbaycanda iyulun 1-dən qadınların pensiyaya çıxma yaşı daha 6 ay artırılaraq 65 yaş olacaq. Bununla da qadınlar üçün pensiya yaşı kişilərlə eyniləşdiriləcək.

Korrekt.az xəbər verir ki, Azərbaycan beynəlxalq statistikalarda pensiyaya çıxma yaşının ən gec olduğu ölkələr sırasındadır.

“Trading Economics” portalının məlumatına görə, dünyada ən yüksək pensiya yaşı 67-dir. ABŞ, Niderland, İtaliya, İslandiya, Yunanıstan, Danimarka və Avstraliyada qadınlar 67 yaşında pensiyaya çıxırlar. İspaniyada bu göstərici 66,83, Portuqaliyada 66,75, Almaniyada isə 66,33 yaşdır.

Azərbaycanda tətbiq olunacaq 65 yaş həddi isə Belçika, Kanada, Finlandiya, Yaponiya, Macarıstan, Latviya, Lüksemburq, Yeni Zelandiya və Səudiyyə Ərəbistanı kimi ölkələrlə eyni səviyyədədir.

MDB və keçmiş SSRİ məkanına gəldikdə isə Ermənistanda qadınlar 63 yaşında, Moldovada 61,5 yaşında, Qazaxıstanda 61 yaşında pensiyaya çıxırlarsa, Rusiya, Ukrayna və Gürcüstanda bu hədd 60 yaşdır. Belarus və Tacikistanda qadınlar 58 yaşında, Türkmənistanda 57 yaşında, Özbəkistanda isə 55 yaşında pensiyaya çıxırlar.

Dünyada qadınların ən erkən pensiyaya çıxdığı ölkələr sırasında isə Çin və İran yer alır. Çində qadınların pensiya yaşı 50,5, İranda isə 55-dir. Özbəkistan və Monqolustanda da qadınlar 55 yaşında pensiyaya çıxırlar. Türkmənistanda bu göstərici 57, Türkiyə, Belarus və Tacikistanda isə 58 yaşdır.

Qadınların digər ölkələrdə pensiyaya çıxma yaşı orta hesabla belədir:

67 yaş – ABŞ, Niderland, İtaliya, İslandiya, Yunanıstan, Danimarka, Avstraliya;

66,83 yaş – İspaniya;

66,75 yaş – Portuqaliya;

66,5 yaş – Kipr;

66,33 yaş – Almaniya;

66 yaş – Böyük Britaniya, İsveç, İrlandiya;

65 yaş – Azərbaycan, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya, Meksika, Malta, Lüksemburq, Lixtenşteyn, Latviya, Yaponiya, Macarıstan, Honq-Konq, Finlandiya, Kanada, Belçika;

64,75 yaş – Estoniya;

64,67 yaş – Litva, Çexiya;

64 yaş – İsveçrə, Sinqapur;

63,75 yaş – Xorvatiya;

63,5 yaş – İsrail;

63 yaş – Fransa, Ermənistan;

62,5 yaş – Bolqarıstan;

62 yaş – Rumıniya, Norveç, Braziliya, Albaniya;

61,5 yaş – Moldova;

61 yaş – Qazaxıstan;

60,5 yaş – Avstriya;

60 yaş – Ukrayna, Cənubi Koreya, Cənubi Afrika, Sloveniya, Polşa, Mikroneziya, Malayziya, Hindistan, Gürcüstan, Çili, Əlcəzair, Rusiya;

59 yaş – İndoneziya, Banqladeş;

58 yaş – Türkiyə, Tacikistan, Belarus;

57 yaş – Vyetnam, Türkmənistan;

55 yaş – Özbəkistan, Monqolustan, İran;

50,5 yaş – Çin.

“AzPolitika.info”