image-1backend

Baqeri: İran-Rusiya layihələri ABŞ-nin Tehrana təzyiq imkanlarını zəiflədəcək

image-ads-728x90

İran Rusiya ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin ABŞ-nin Tehrana təzyiq imkanlarını zəiflədəcəyini düşünür.

Korrekt.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib. Onun açıqlamasını “IRIB News” yayıb.

Baqerinin sözlərinə görə, Rusiya qazının İrana nəqli və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı strateji əhəmiyyətə malik layihələrdir.

İran rəsmisi hesab edir ki, bu təşəbbüslərin həyata keçirilməsi ABŞ də daxil olmaqla, bəzi dövlətlərin Tehrana təzyiq göstərmək imkanları ilə bağlı gözləntilərini puça çıxaracaq.

O qeyd edib ki, hər iki layihə İran üçün mühüm iqtisadi imkanlar yaradacaq.

Baqerinin fikrincə, Tehran bu imkanlardan İranın və bütövlükdə regionun iqtisadi inkişafı, eləcə də təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində istifadə edə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki