image-2backend

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

image-ads-728x90

Bakıda “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit 2-ci günündə müxtəlif sessiyalarla davam edib.

Əsas diqqət strateji müzakirələrin praktiki yanaşmalara və birgə həll yollarına çevrilməsinə yönəlir. Ölkələrin təcrübələri və idarəetmə innovasiyaları sahəsində əldə olunan nəticələr əsasında institusional islahatların, texnoloji yeniliklərin, liderlik yanaşmalarının, potensialın gücləndirilməsinin və sektorlararası tərəfdaşlığın dövlət sektorunun fəaliyyətinin səmərəliliyinin artırılmasında rolu nəzərdən keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “Təcrübə mübadiləsinin təşviqi: BMT-nin çoxşaxəli təşəbbüsündən əldə olunan təcrübələr və perspektivlər” adlı xüsusi sessiyada dövlət xidmətlərinin vahid, çoxkanallı model əsasında təkmilləşdirilməsi və bu sahədə Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələri diqqətə çatdırıb.

Sammitin səkkizinci sessiyasında “İdarəetmə innovasiyalarına və qabaqlayıcı idarəetməyə ənənəvi yanaşmaların tənqidi təhlili” mövzusunda interaktiv müzakirə baş tutub. Azərbaycanı, Meksikanı, Mavritaniyanı, Banqladeşi, Lesotonu təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyində institusional islahatların və texnoloji innovasiyaların rolu, eləcə də bu istiqamətlər arasında düzgün ardıcıllığın müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Doqquzuncu sessiyada “Gələcəyin dövlət sektorunun formalaşdırılması: transformasiya strategiyaları, potensial və zəruri şərtlər” mövzusunda müzakirələr baş tutub. Qabon Respublikasını, Sent-Vinsent və Qrenadinləri, Somalini, Sudanı, Uqandanı, Syerra-Leoni təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, strateji planlaşdırma və insan resurslarının inkişafı məsələləri müzakirə olunub.

Onuncu sessiya “Səmərəli idarəetmə naminə tərəfdaşlıqların gücləndirilməsi” mövzusuna həsr olunub. BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasını, Əlcəzairi, Çadı, Antiqua və Barbudanı, Cibutini, Esvatini Krallığını, Qambiyanı təmsil edən nümayəndələrin iştirakı ilə dövlət institutlarının potensialının artırılması, müxtəlif sektorlar arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı islahatların həyata keçirilməsi məsələləri müzakirə olunub.

Sammitin on birinci sessiyasında “İdarəetmənin transformasiyası və gələcəyə hazır dövlət institutları: çağırışlar və imkanlar” mövzusunda müzakirələr baş tutub. Baham adalarını, Kambocanı, Kot-d’İvuarı, Ruandanı və Karib Hövzəsi İdarəetmənin İnkişafı Mərkəzini təmsil edən nümayəndələr dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsini sürətləndirmək, dövlət proqram və xidmətlərinin keyfiyyətini yüksəltmək, eləcə də idarəetmə sahəsində mövcud çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki