İran və ABŞ arasında razılaşmanın imzalanması qərara alındıqdan sonra SEPAH demək olar ki, hər gecə Hörmüz boğazında hərəkət edən kommersiya gəmilərinin yaxınlığında bir neçə pilotsuz uçuş aparatı atəşləyir.Korrekt.az xəbər verir ki, bununla bağlı, NBC News telekanalı xəbər verir.
Məlumata görə, ABŞ qüvvələri həmin dronları aşkar edərək zərərsizləşdirir və eyni zamanda gəmiçilik şirkətləri ilə koordinasiyanı davam etdirərək gəmilərin boğazdan təhlükəsiz keçidini təmin etməyə çalışır.
Xəbərdə qeyd olunur ki, bu məlumat ABŞ rəsmisinin açıqlamasına əsaslanır. İran tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.





















