image-1backend

ABŞ-ın müdafiə naziri Netanyahu ilə görüşdən imtina ETDİ

image-ads-728x90

İsrail mənbələrinin “Reuters” agentliyinə verdiyi məlumata görə, ABŞ müdafiə naziri Pit Hegset İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz ilə planlaşdırılan görüşlərini təxirə salıb.

Korrekt.az xəbər verir ki, bu addım Vaşinqtonun Türkiyəyə “F-35” qırıcılarını sata biləcəyi ehtimalının İsraildə yaratdığı ciddi və getdikcə böyüyən narahatlıq fonunda atılıb.

İsrail tərəfi isə Türkiyəyə ‘‘F-35’’ qırıcılarının satılmasına qəti şəkildə qarşı çıxır. Baş nazir Benyamin Netanyahu bu qırıcıların Türkiyəyə təhvil verilməsinin qarşısını almaq üçün ciddi səylər göstərir və belə bir addımın Yaxın Şərqdəki hərbi balansı kökündən dəyişdirə biləcəyini irəli süsür.

“CNN” telekanalına müsahibə verən Benyamin Netanyahu bu mövzuda olan ciddi narahatlıqlarını birbaşa ABŞ Prezidenti Donald Trampa çatdırdığını bildirib. İsrail Baş naziri müsahibəsində Türkiyənin regional ambisiyalarına diqqət çəkərək, bu qırıcıların Yaxın Şərqdəki mövcud güc balansını pozacağını vurğulayıb.

İsrail uzun müddətdir ki, Türkiyənin regional siyasətindən narahatdır. Bu narahatlığın əsas səbəbi rəsmi Ankaranın İsrailin Qəzza, Livan və Suriyadakı hərbi əməliyyatlarını, eləcə də böyük insan tələfatına səbəb olan hücumlarını sərt şəkildə tənqid etməsidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki