ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri seriyasının başa çatdığını açıqlayıb.
CENTCOM-un məlumatına görə, bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyat olub.
Bildirilib ki, zərbələr zamanı komanda mərkəzləri, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə aid obyektlər, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər vurulub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.
Bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, zərbələr Əqəbə aerodromunda yerləşən ABŞ-a məxsus C-17 hərbi-nəqliyyat və P-8 patrul təyyarələrini hədəf alıb.





















