İranın Sistan və Bəlucistan əyalətində polis əməkdaşlarının mülki şəxslərin olduğu avtomobili atəşə tutması nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Korrekt.az xəbər verir ki, bu barədə “Halvəş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə İranşəhr şəhərinin Xeyrabad bölgəsində baş verib. İddia olunur ki, polis əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən avtomobilə atəş açıblar.
Atəş nəticəsində 29 yaşlı Fərhad Əzizi həyatını itirib, Qəyyum Rəisi isə yaralanıb.
Bundan başqa, hadisədən sonra yaralı və həlak olan şəxslərin vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedən azı altı qohumunun hərbi qüvvələr tərəfindən saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı İranın rəsmi qurumlarından hələlik açıqlama verilməyib.





















