image-1backend

ABŞ İran neftinin satışına icazəsini ləğv etdi

image-ads-728x90

ABŞ İran nefti ilə ticarətə müvəqqəti icazə verən lisenziyanı ləğv edib.

Korrekt.az xəbər verir ki, lisenziya 22 iyunda verilib və İran nefti, neft məhsulları və neft-kimya məhsulları ilə bağlı 60 günlük əməliyyatlara, o cümlədən dollarla ödənişlərə icazə verib. Vaşinqton artıq bu icazəni ləğv edib.

7 iyuldan etibarən İran nefti ilə bağlı yeni əməliyyatlar qadağandır. Lakin mövcud əməliyyatların 17 iyula qədər başa çatdırılmasına icazə verilir.

Lisenziyanın ləğvi elan edildikdən sonra “Brent” markalı xam neftin qiyməti 26 iyundan bəri ilk dəfə olaraq barel üçün 75 dollardan yuxarı qalxıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki