image-1backend

ABŞ  İrana güclü zərbə endirdi

image-ads-728x90

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

Korrekt.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.

Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki