ABŞ-İsrail qüvvələrinin Ərdəbil əyalətinə hücumları nəticəsində SEPAH-ın 5 zabiti öldürülüb, daha bir nəfər isə yaralanıb.
Korrekt.az xəbər verir ki, bununla bağlı, SEPAH-ın Ərdəbil əyaləti üzrə ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Açıqlamada bildirilir ki, hücumlar Muğan düzündə yerləşən Germi və Parsabad bölgələrində qeydə alınıb.
Məlumata əsasən, ölənlərin adları belə açıqlanıb: SEPAH zabitləri Abbas Əşrəfi, Əli Məliki, Hadi Babayi və Omid Şahinfər, habelə, çağırışçı əsgər Seyid Mehdi Fatehi.





















