image-1backend

ABŞ Körfəz ölkələrini niyə qoruya bilmədi? – Ərəblər Türkiyənin himayəsinə sığınır

image-ads-728x90

ABŞ-ın təhlükəsizlik zəmanətlərinə arxalanan Körfəz ölkələri İranla artan gərginlik fonunda ciddi sınaqla üzləşib. Regionda baş verən son hadisələr göstərib ki, milyardlarla dollar xərclənərək alınan qabaqcıl müdafiə sistemləri raket və kamikadze dron hücumlarının qarşısını tam şəkildə ala bilmir.

Xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri  və Qətər kimi ölkələrdə mühüm strateji obyektlərin hədəfə alınması bu reallığı açıq şəkildə ortaya qoyub. Səudiyyə Ərəbistanının enerji infrastrukturu, Dubayda yerləşən obyektlər və Qətərin qaz istehsalı mərkəzləri hücumlara məruz qalıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nəzarətində olan və Qətərdə yerləşən, dəyəri 1 milyard dollardan çox olan radar sisteminin belə zərər görməsi mövcud müdafiə mexanizmlərinin effektivliyi ilə bağlı sualları artırıb.

Müdafiə sənayesi üzrə ekspert Yusuf Akbabanın fikrincə, regionda baş verən siyasi böhranlar uzun müddət Körfəz ölkələrinin müdafiə sahəsində əməkdaşlıq imkanlarını məhdudlaşdırıb. O qeyd edir ki, bu ölkələr indiyədək əsasən ABŞ-la yanaşı Çin, Cənubi Koreya və Avropa istehsalçılarına üstünlük veriblər, Türkiyəyə isə müəyyən ehtiyatla yanaşıblar.

Lakin son hadisələrdən sonra vəziyyət dəyişməyə başlayıb. Ekspert hesab edir ki, İran, İsrail və ABŞ arasında artan gərginlik və bunun Körfəz ölkələrinə birbaşa təsiri onları yeni alternativlər axtarmağa vadar edir.

Akbaba bildirir ki, hazırda Türkiyənin müdafiə sənayesi məhsullarına maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə hava hücumundan müdafiə sistemləri, raket texnologiyaları və pilotsuz uçuş aparatları sahəsində Türkiyənin əldə etdiyi nailiyyətlər diqqət çəkir.

Onun sözlərinə görə, Cənubi Koreya kimi alternativ istehsalçıların öz daxili tələbatlarının yüksək olması, həmçinin Çin istehsalı bəzi sistemlərin gözlənilən nəticəni verməməsi Türkiyənin mövqeyini daha da gücləndirir.

Ekspert yekunda vurğulayır ki, mövcud şəraitdə bəzi Körfəz ölkələri istər-istəməz Türkiyənin müdafiə sənayesi məhsullarına yönəlmək məcburiyyətində qala bilər. Bu isə regionda hərbi-texniki əməkdaşlıq balansının dəyişə biləcəyini göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki