ABŞ Dövlət Departamenti İranın ali rəhbəri Əli Xameneyinin oğlu Müctəba Xameneyi ilə bağlı məlumat verən şəxslərə 10 milyon dollar məbləğində mükafat təklif olunduğunu açıqlayıb.
Korrekt.az xəbər verir ki, bu barədə qərar cümə günü açıqlanan rəsmi bəyanatda yer alıb.
Bildirilib ki, Müctəba Xameneyinin fəaliyyəti və yerləşdiyi məkan barədə etibarlı məlumat təqdim edən şəxslər üçün mükafat proqramı nəzərdə tutulur.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə daha əvvəl verdiyi açıqlamada Müctəba Xameneyinin son müharibə zamanı yaralandığını iddia etmişdi. Onun sözlərinə görə, yaralanmasına baxmayaraq, Müctəba Xameneyi hələ də sağdır.
Rəsmi Tehran isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.





















