image-timthumbbackend

ABŞ təyyarədaşıyan gəmiləri  1000 kilometr geri çəkilib – Sepah komandirinin müavini

image-ads-728x90

Fars körfəzində Amerika təyyarədaşıyan gəmiləri yoxdur: onlar İran sahillərindən 1000 kilometr geri çəkiliblər.

Korrekt.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini general Əli Fədəvi məlumat verib.

“Biz artıq minimum qüvvələrimizdən istifadə etmişik və amerikalılar bunu bilirdilər, ona görə də 1000 kilometr geri çəkildilər. Amerikalıların ən həssas nöqtəsi onların gəmiləridir. Fars körfəzində və bizdən 1000 kilometr radiusda heç bir təyyarədaşıyan gəmi yoxdur. Amerika yalan siqnallar yaradır və onların gəmiləri iddia etdiklərindən daha uzaqdadır ki, bu da qüvvələrimizin tam hazırlığını göstərir”, – deyə general bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki