İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında aparılan müzakirələr və danışıqlar heç bir nəticə verməyib. Korrekt.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri texniki qruplar səviyyəsində danışıqlar mərhələsini başa vurublar. Danışıqları nəticəsiz saymaq olar”
Hazırda tərəflər müzakirə olunan məsələlərin nəticələrinə əsasən mübadilə üçün hüquqi protokollar tərtib edirlər.
İran mediası həmin ölkənin nümayəndə heyətinin işgüzar müzakirəsindən bir foto yayımlayıb.
Bu arada ABŞ hərbi gəmisi Hörmüz boğazından Fars körfəzinə keçməyə cəhd göstərsə də, İran qüvvələri tərəfindən bloklanıb. Hadisə İranın Pakistan hakimiyyəti ilə əlaqə saxlaması ilə toqquşmadan başa çatıb və qısa müddət sonra gəmi boğazı tərk edib.
İran parlamentinə Hörmüz boğazının İran tərəfindən idarə olunmasını tənzimləyən qanun layihəsi təqdim edilib. Qeyd edək ki, qanun layihəsində boğazdan keçmək üçün müraciət edən bütün ölkələrin gəmilərinin yazılı və ya radio mesajlarında yalnız “Fars körfəzi” coğrafi adından istifadə etməli olduğuna xüsusi diqqət yetirilir.





















