Korrekt.az xəbər verir ki, bu gün İsrailin “Channel 14” telekanalının məlumatına görə, İsrail və ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibafa müvəqqəti təhlükəsizlik zəmanəti veriblər.
Bildirilib ki, potensial hücumlara qarşı “müvəqqəti toxunulmazlıq” ən azı beş gün müddətində qüvvədə olacaq. Qeyd olunur ki, bu tədbir İran rəhbərliyinin nümayəndələri ilə birbaşa və ya dolayı danışıqları asanlaşdırmaq üçün görülüb.
Hələlik bu məlumatın ABŞ, İsrail və ya İran hakimiyyəti tərəfindən rəsmi təsdiqi yoxdur.





















