ABŞ və İsrailin Tehrana hücumları nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Korrekt.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, ölənlər arasında altı uşaq var.
Tehranın cənubundakı Qum şəhərində yaşayış məntəqəsinə edilən hücumlarda beş nəfər, cənubdakı Bəndər-e-Lanq şəhərində isə altı nəfər həlak olub.
Son hücumlar nəticəsində ölənlərin sayı 34-ə çatıb. Əlavə etmək lazımdır ki, İranın İsrailə gecə endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar da var.





















